Azərbaycanın doqquz idmançısı Türkiyədəki yarışa BURAXILMADI

23 Aprel 2022 02:40 Cüdo 1 029
Azərbaycanın doqquz idmançısı Türkiyədəki yarışa BURAXILMADI

Sportinfo.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində “2022 IBSA Judo Grand Prix” yarışı öncəsi beynəlxalq həkimlər tərəfindən paracüdo idmançılarının göz tibbi təsnifatı keçirilib.

Kişi cüdoçularımızdan İsmayıl Muradov (-60 kq), Namiq Abaslı (-73 kq), Anar İsmayılzadə(-73 kq) və Saleh Sultanov (-90 kq), qadın cüdoçularımızdan isə Aysel İmamverdiyeva (-70 kq) və Xatirə İsmiyeva (+70 kq) tibbi təsnifatdan keçərək 23-25 aprel tarixlərində baş tutucaq Qran-Pridə öz güclərini sınayacaqlar.

İdmançılarımız Abdulla İsmayılov, Əlican İsmayılzadə, Bayram Mustafayev, Zakir Mislimov, Şəhanə Hacıyeva və Dürsədəf Kərimovanın tibbi təsnifatı tam bitmədiyi üçün növbəti yarışlarda onlar üçün yenidən təsnifat olacaq.

Digər idmançılarımız Orxan Qarayev, Hüseyn Rəhimli və Xanım Hüseynovanın isə təsnifatdan keçmələri üçün həkimlər tərəfindən əlavə sənədlər istənilib.

Beləliklə Antalya Qran-Prisində Namiq Abaslı, İsmayıl Muradov, Anar İsmayılzadə, Saleh Sultanov, Aysel İmamverdiyeva və Xatirə İsmiyeva (+70 kq iştirak edəcəklər. Digər idmançılar isə növbəti yarışlarda yenidən müayinədən keçəcəklər.

Aprelin 23-ü İsmayıl Muradov (-60 kq), Namiq Abaslı(-73 kq) və Anar İsmayılzadə (-73 kq), aprelin 24-ü isə Saleh Sultanov (-90 kq), Aysel İmamverdiyeva (-70 kq) və Xatirə İsmiyeva (+70 kq) tatami üzərinə çıxacaqlar.

Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına gədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar Oyunlarda tibbi göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.

Digər Xəbərlər
Xəbər Lenti