Nazir iki rayonun gənc idmançıları ilə söhbət etdi - FOTO

9 Aprel 2022 02:40 Cüdo 413
Nazir iki rayonun gənc idmançıları ilə söhbət etdi - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabadda yerli və İmişli rayonlarını təmsil edən məşqçilər, eləcə də cüdoçularla görüşüb.

Sportinfo.az xəbər verir ki, görüş zamanı Sabirabad rayonunda 60-a, İmişli rayonunda isə 120-yə yaxın gənc və yeniyetmənin cüdoilə məşğul olduqları bildirilib.

Hər iki rayondan ən son keçirilən 15 yaşa qədər yeniyetmələr arasında region birinciliklərində yer tutaraq Azərbaycan birinciliyinə vəsiqə qazanan idmançılar var.

Həmçinin, İmişli rayonun yetirməsi Səid Orucov 21 yaşadək gənclər arasında fevralın sonunda keçirilən Azərbaycan birinciliyində 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.

R.Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin ACF-nin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Hər iki rayonda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayan federasiya rəhbəri maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını, məşqçi-müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti