“İlin əvvəlindən gülünc zədələr məni təqib edir, həkimlər deyir ki..."

7 Aprel 2022 14:40 Cüdo 575
“İlin əvvəlindən gülünc zədələr məni təqib edir, həkimlər deyir ki..."

Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov (66 kq) əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bunu Antalyada keçirilən “Böyük Dəbilqə” turnirində zədələnən 31 yaşlı idmançı özü bildirib.

Avropa çempionu feysbuk səhifəsindəki paylaşımında ilin əvvəlindən zədələrdən əziyyət çəkdiyini yazıb. O, məşqləri bərpa edəcəyi vaxtı da açıqlayıb:

“İlin əvvəlindən gülünc zədələr məni təqib edir. Antalyadakı son yarışda olduğu kimi. Zədə səbəbindən medal uğrunda mübarizədən kənar qaldım.

Həkimlərin göstərişi ilə dərhal əməliyyat olundum. İndi özümü yaxşı hiss edirəm, həkimlər deyir ki, 2-3 ay dincəlməliyəm. Daha tez sağalmağa çalışacağam”.

Orxan Səfərov “Böyük Dəbilqə” turniri zamanı zədələndiyi üçün 3-cü yer uğrunda qarşılaşmaya çıxmayıb və medalsız qalıb.

Digər Xəbərlər
Xəbər Lenti