Gəncədə icra başçısı ilə danışdılar - İdman mərkəzi inşa olunacaq

7 Aprel 2022 02:20 Cüdo 558
Gəncədə icra başçısı ilə danışdılar - İdman mərkəzi inşa olunacaq

Azərbaycan Cüdo Federasiyası (ACF) Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır.

Sportinfo.az xəbər verir ki, "report"un qərb bürosunun məlumatına görə, bununla əlaqədar ACF prezidentinin müşaviri Natiq Bağırov və federasiyanın baş katibi Rəşad Rəsullu Gəncədə olublar.

Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, sözügedən məsələ ətrafında geniş müzakirələr aparıblar.

Görüşdə həmçinin, icra başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov iştirak ediblər.

N.Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. Cüdo mərkəzinin inşasının Gəncədə bu idman növünün inkişafına təkan olacağını qeyd edib.

Daha sonra federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!