İki azərbaycanlı Daşkənddə Asiya Kubokunun qalibi oldu

7 Aprel 2022 01:40 Cüdo 400
İki azərbaycanlı Daşkənddə Asiya Kubokunun qalibi oldu

Azərbaycanın iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunun qalibi olub.

Sportinfo.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Abil Yusubov əvvəlcə yerli cüdoçu Oqabek Macitov, ardınca gürcüstanlı Nikoloz Tatrişvili, qazaxıstanlı Nurlubek Arqunbek və Zhalun Nurtaya qalib gəlməklə finala yüksəlib.

Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.

Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də oxşar uğura imza atıb. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla üz-üzə gəlib və qızıl medala sahib çıxıb.

İdmançımız finaladək baş tutan görüşlərdə Özbəkistan təmsilçiləri Cahongir Rəcəbov və Camşidbek Kəramətova qalib gəlib.

Turnirdə 6 ölkədən 314 idmançı iştirak edib. Azərbaycanı Asiya kubokunda baş məşqçi Ramiz Ramizzadənin rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli komandanın 22 cüdoçusu təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti