Azərbaycan komandası Türkiyədə təlim-məşq toplanışına başladb

5 Aprel 2022 00:10 Cüdo 508
Azərbaycan komandası Türkiyədə təlim-məşq toplanışına başladb

Azərbaycanın böyüklərdən və gənclərdən ibarət cüdoçuları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Sportinfo.az xəbər verir ki, aprelin 10-dək davam edəcək hazırlıq prosesinə Antalyadakı Böyük Dəbilqədə iştirak edən idmançılarla yanaşı yığmanın digər üzvləri də qoşulub.

Ümumilikdə toplanışda 34 qadın, 54 kişi idmançı iştirak edəcək.

Azərbaycan millisi Böyük Dəbilqəni bir medalla başa vurub. Kişilərin mübarizəsində Elmar Qasımov (100 kq) bürünc medala sahib çıxıb.

Komanda 29 aprel - 1 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti