Beş azərbaycanlı Böyük Dəbilqədə medalsız qaldı

2 Aprel 2022 21:40 Cüdo 408
Beş azərbaycanlı Böyük Dəbilqədə medalsız qaldı

Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, növbəti görüşdə İdo Levinə (İsrail) uduzub.

Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) yenib. Lakin o, 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.

81 kq-da yarışan Elcan Hacıyev startda Jim Heyjmandan (Hollandiya) güclü olsa da, ardınca Nikolya Şilara (Fransa) məğlub olub.

Mübarizəyə təsnifatdan başlayan Murad Fətiyev də ilk görüşünü qələbə ilə başa vurub. Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılan cüdoçu 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.

Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.

İlk yarış günündə tatamiyə çıxmış 7 cüdoçu da medal qazana bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti