Azərbaycanlı problemlə üzləşdi, baş məşqçi qərar verdi ki…

2 Aprel 2022 02:00 Cüdo 496
Azərbaycanlı problemlə üzləşdi, baş məşqçi qərar verdi ki…

Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.

Digər Xəbərlər
Xəbər Lenti