COP29

Azərbaycan yığmasının 154 min avroluq Böyük Dəbilqədəki ilk rəqibləri

1 Aprel 2022 01:30 Cüdo 1 886
Azərbaycan yığmasının 154 min avroluq Böyük Dəbilqədəki ilk rəqibləri

Aprelin 1-də Türkiyənin Antalya şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri bəlli olub.

Ümumi mükafat fondu 154.000 avro olan Böyük Dəbilqə turnirinda yarışlar Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Kişilər

60 kq

1/16 final. Turan Bayramov - Felipe Dakruz (Livan)

1/16 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

66 kq

1/32 final. Yaşar Nəcəfov - Adonis Dias (ABŞ)

1/16 final. Orxan Səfərov - İsayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya)

73 kq

1/16 final. Rüstəm Orucov - Denislav İvanov (Bolqaristan) / Hektor San Roman Çaves (Kuba) cütünün qalibi
1/32 final. Telman Vəliyev - Coşua Qrin (İrlandiya)

81 kq

1/32 final. Elcan Hacıyev - Jim Heyjman (Hollandiya)
1/32 final. Murad Fətiyev - Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)

90 kq

1/32 final. Rüfət İsmayılov - Qeorqi Qramatikov (Bolqaristan)

100 kq

1/32 final. Elmar Qasımov - Qriqori Minaskin (Estoniya)
1/16 final. Zelim Kotsoyev - Nulixan Şarxan (Qazaxıstan) / Mert Şişmanlar (Türkiyə)

+100 kq

1/16 final. İmran Yusifov - Marius Fizel (Slovakiya)
1/16 fnal. Uşangi Kokauri - Mirça Kroytoru (Rumıniya) / Lorenzo Aqro Silvayn (İtaliya) cütünün qalibi

Qadınlar

48 kq

1/16 final. Şəfəq Həmidova - Andrea Stoyadinov (Serbiya)
1/16 final. Leyla Əliyeva - Aliani Kubkarbonnel Yulian (Kuba)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Qaxar İrmaqambetova (Qazaxıstan)

70 kq

1/16 final. Günel Həsənli - Lidya Brançeva (Bolqarıstan)

Digər Xəbərlər
Xəbər Lenti