COP29

Azərbaycan yığmasının Böyük Dəbilqə üçün heyəti açıqlandı

30 Mart 2022 00:00 Cüdo 415
Azərbaycan yığmasının Böyük Dəbilqə üçün heyəti açıqlandı

Cüdo üzrə Azərbaycan yığmasının aprelin 4-də Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqə üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, turnirdə ölkə ümumilikdə 10 çəki dərəcəsi üzrə 17 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Turan Bayramov, Rövşən Əliyev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) qüvvəsini sınayacaq.

Qadınlardan isə Leyla Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) medal qazanmağa çalışacaq.

Böyük Dəbilqə turnirinə aprelin 10-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti