COP29

"Eemosional qərar verib, indi onu çox narahat etməyin"

6 Mart 2022 14:20 Cüdo 664
"Eemosional qərar verib, indi onu çox narahat etməyin"

"Məsələyə idman yox, Ukraynada baş verən hadisələr prizmasından baxmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu "CBC Sport" telekanalında qadın cüdoçu İrina Kindzerskanın karyerasını bitirməsi ilə bağlı danışarkən deyib.

ACF rəsmisi 31 yaşlı ukraynalı idmançının emosional qərar verdiyini bildirib:

"İrina və ailəsi İrpen şəhərində yaşayırdı. Ora raket zərbələrinə ən çox məruz qalan şəhərlərdən biri idi.

Aviazərbələr nəticəsində onların evi dağılıb. Bu hadisələr başlayanda ilk gündən irina və ailəsi ilə əlaqədə idik. Təklif etdik ki, onları bura gətirək.

Bildirdi ki, belə bir gündə ölkəni qoyub getmək olmaz. Anlayışla qarşıladıq. Hər şeyi zamana buraxaq. Jurnalistlərdən də xahiş edərdim ki, indi onu çox narahat etməsinlər".

Rəsullu Kindzerska və ailəsinin artıq həmin şəhəri tərk edərək təhlükəsiz yerə getdiklərini vurğulayıb:

"Xoşbəxtlikdən həmin vaxt evdə olmayıblar. Bir çox qonşularını itiriblər. Bu da ona pis təsir edib. Biz istərdik ki, belə hadisə baş verməsin".

Yenə də Kindzerskanın ailəsi ilə əlaqədə olduqlarını söyləyən baş katib ona kömək etməyə hazır olduqlarını deyib:

"Amma verəcəyi qərara da hörmətlə yanaşırıq. Fikrini dəyişərsə, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı üçün istənilən şəraiti yaratmağa hazırıq.

Bir neçə ay bundan əvvəl də telefonda uzun söhbətimiz olub. Sentyabrdan bu yana Azərbaycanda olmayıb.

İstərdik ki, gəlsin, işə yanaşmamızla tanış olsun. Ondan sorna istədiyi qərarı versin. Ona ev verilsə belə, bundan sonra karyerasını davam etdirəcəyi bilinmirdi".

Digər Xəbərlər
Xəbər Lenti