Rusiya və Belarusa qadağa qoyuldu, Putindən 9-cu dan qara kəmər geri alındı

1 Mart 2022 00:10 Cüdo 1 094
Rusiya və Belarusa qadağa qoyuldu, Putindən 9-cu dan qara kəmər geri alındı

Ümumdünya Taekvondo Federasiyası Rusiya Prezidenti Vladimir Putindən 9-cu dan fəxri qara kəmərini geri alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bundan başqa bütün yarışlarda Rusiya və onun müttəfiqi Belarusun bayrağı və himninin çıxarıldığı bildirilib.

Bu iki ölkə beynəlxalq yarışlar təşkil edə bilməyəcək. Bu qərarların verilməsinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

Beynəlxalq Cüdo Federasiyası ötən həftəsonu Putini 2008-ci ildən bəri tutduğu fəxri vitse-prezidentlik vəzifəsindən uzaqlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq