COP29

Çiyini çıxan Hüseynov əməliyyat olunmayacaq: “Karsetlə gəzirəm” - VİDEO

28 Fevral 2022 00:40 Cüdo 702
Çiyini çıxan Hüseynov əməliyyat olunmayacaq: “Karsetlə gəzirəm” - VİDEO

“Yarımfinalda qazaxıstanlı Bauırcan Narbayevə əks fənd edib vaza-ari xalı qazandım. Sonra qoluna qırıcı fənd etmək istədim.

Həmin vaxt o ayağa qalxdığından, mən öz çiyinimin üstünə yıxıldım.

Onun çəkisi də mənim üzərimə düşdüyündən, körpücük sümüyüm yerindən çıxdı. Əvvəllər çiyinimdən yox, qolumdan belə zədə almışam.

2014-cü ildə yeniyetmə olanda qırıcı fənd ediblər, qolum qırılıb, amma onda mübarizəni davam etdirmişdim”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a azərbaycanlı cüdoçu Kəramət Hüseynov deyib.

Bu ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş “Böyük Dəbilqə” turnirində medala ge

dən yolda 60 kq çəki dərəcəsində güləşən Kəramətin çiyini çıxıb. Bu səbəbdən o, bürünc medal uğrunda digər qazaxıstanlı cüdoçu Maqcan Şəmşəddinlə görüşə çıxmayıb. O nə vaxt sıraya dönəcəyini açıqlayıb:

“Həkim əməliyyatı yox, müalicəni məsləhət gördü. Dedi ki, bir həftə istirahət et, məşq keçmə. Hazırda karsetlə gəzirəm. Çiyinimi çox tərpətmək olmaz. Çünki şiş çəkilib getməlidir. Bir həftə sonra müalicələrə başlayacağam və bu, iki həftə davam edəcək. Ondan sonra məşqlərə davam edəcəyəm”.

O bildirib ki, ən yaxşı halda ilk yarışı 29 aprel – 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı olacaq:

“Martda və apreldə Tbilisi və Antalyada keçiriləcək “Böyük Dəbilqə” yarışlarında iştirak edə bilməyəcəyəm. Çünki hazırlıqlarda iştirak etməliyəm ki, əvvəlki formama düşüm”.

Kəramət Hüseynov mətbuatda Olimpiya çempionu olan Elnur Məmmədlinin bacısıoğlu kimi tez-tez təqdim olunur və bu onun kölgəsində qalmağa səbəb olur. Futbolçunun özü də mətbuatda öz adı ilə tanınması istədiyini bildirib:

“Dayım mənim kumirimdir. Ona görə idmana başlamışam. Amma mətbuatda öz adım çəkilsə, daha yaxşı olar”.

Digər Xəbərlər
Xəbər Lenti