COP29

Azərbaycan yığmasının daha bir vzvü koronavirusa yoluxdu - Kənarlaşdırıldı

30 Yanvar 2022 17:20 Cüdo 418
Azərbaycan yığmasının daha bir vzvü koronavirusa yoluxdu - Kənarlaşdırıldı

Azərbaycan cüdoçusu İmran Yusifov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridən kənarlaşdırılıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançının təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxıb.

Daha öncə Yusifovdan Bakıda bir, Portuqaliyada iki test götürülüb və hamısının nəticəsi neqativ olub.

Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.

"Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur.

Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər", - deyə məlumatda vurğulanır.

Digər Xəbərlər
Xəbər Lenti