COP29

Portuqaliyadakı Qran-Pridə iştirak edəcək azərbaycanlılar

26 Yanvar 2022 00:00 Cüdo 425
Portuqaliyadakı Qran-Pridə iştirak edəcək azərbaycanlılar

Sportinfo.az xəbər verir ki, Portuqaliyanın Almada şəhərində keçiriləcək Qran-Pridə Azərbaycanı təmsil edəcək cüdoçular bəlli olub.

Mövlud Mirəliyevin baş məşqçi olduğu kişilərdən ibarət milli komandanın heyətində Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaq.

Rəşad Məmmədovun rəhbərlik etdiyi qadınlardan ibarət yığmada isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) yer alıb.

45 ölkədən 400-ə yaxın idmançının yarışacağı Qran-pri 28 - 30 yanvarda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti