Federasiyaya yeni təyinat alan media adamı kimdir?

6 Yanvar 2022 09:40 Cüdo 993
Federasiyaya yeni təyinat alan media adamı kimdir?

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.

O, əvvəllər ANS, ATV telekanallarında, "Report" İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb.

Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.

2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq