Qalmaqallı idmançı yenidən Azərbaycan yığmasına qayıtdı

30 Dekabr 2021 03:00 Cüdo 544
Qalmaqallı idmançı yenidən Azərbaycan yığmasına qayıtdı

Elmar Qasımov yenidən Azərbaycan milli komandasının heyətində məşqlərə qatılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib. O bildirib ki, hazırda yığmanın heyətində Göygöldə təlim-məşq toplanışındadır:

“Açığı, mən milli komandadan getməmişdim. Sadəcə keçmiş federasiya rəhbərliyi ilə problemim var idi.

Rəhbərlik dəyişəndən sonra isə komandadayam və hazırda da yığma ilə təlim-məşq toplanışındayam”.

Elmar Qasımov Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov və baş katib Elmar Babanlı ilə olan problemlərə görə yığma komandanın məşqlərinə qatılmırdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!