"Srvena Zvezda"da olan azərbaycanlı: "Gələn il qızıl alacağıq!"

13 Dekabr 2021 01:20 Cüdo 518
"Srvena Zvezda"da olan azərbaycanlı: "Gələn il qızıl alacağıq!"

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün instaqram səhifəsində paylaşım edib.

O, turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib:

"Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq"!

Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti