Azərbaycan yığmasının üzvləri “Aris” və “Srvena Zvezda”da

6 Dekabr 2021 01:20 Cüdo 560
Azərbaycan yığmasının üzvləri “Aris” və “Srvena Zvezda”da

Cüdo üzrə Avropa Çempionlar Liqasında iştirakçıların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 15 klub mübarizə aparacaq.

Çempionlar Liqasında Azərbaycan klubu olmasa da, dörd cüdoçumuz turnirin iştirakçıları sırasında yer alıb.

Onlardan üçü Yunanıstan “Aris”inin şərəfini qoruyacaq. Orxan Səfərov (60 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Ellada təmsilçisinin uğurları üçün çalışacaq.

Rüstəm Orucov da Çempionlar Liqasında tatami üzərinə çıxacaq. 73 kq çəkidə yarışan cüdoçumuz Serbiya “Srvena Zvezda”sının heyətində yer alıb.

Turnir dekabrın 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı