"Yeddi dəfə, çox sağ olun" - Pele Messi haqda yazdı

1 Dekabr 2021 00:10 Cüdo 1 367
"Yeddi dəfə, çox sağ olun" - Pele Messi haqda yazdı

Əfsanəvi futbolçu Pele PSJ-də çıxış edən Lionel Messini "Qızıl top"u qazanması münasibəti ilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, 81 yaşlı keçmiş hücumçu bu barədə İnstaqram hesabında bildirib.

"Lionel Messini təbrik edirəm. Bu, şübhəsiz ki, onun misilsiz istedadına verilən qiymətdir. Yeddi dəfə, çox sağ olun", - deyə o vurğulayıb.

Lionel Messi karyerasında 7-ci dəfə "Qızıl top" mükafatına sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti