Federasiyaya yeni baş katib təyin edildi – Keçmiş bankir

23 Noyabr 2021 13:20 Cüdo 622
Federasiyaya yeni baş katib təyin edildi – Keçmiş bankir

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub.

Sportinfo.az xəbər verir ki, ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib.

O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu