Rəşad Nəbiyevdən federasiya prezidenti kimi ilk - AÇIQLAMA

1 Noyabr 2021 19:30 Cüdo 1 222
Rəşad Nəbiyevdən federasiya prezidenti kimi ilk - AÇIQLAMA

“Rövnəq Abdullayevin zamanında yetərincə uğur var idi. Bunu inkişaf etdirməyə çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev keçirilən hesabat-seçki konfransından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas hədəf Paris Olimpiadasıdır: “Haradasa 14-15 yaşına kimi cüdo ilə məşğul olmuşam. Müəyyən işlər görmək, baş məşqçi haqqında danışmaq lazımdır”.

R.Nəbiyev seçki barədə təəssüratlarını Tvitter hesabında da bölüşüb: "Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildim. Etimad göstərən hər kəsə dərin təşəkkürümü bildirirəm. Federasiyamızın əsas məqsədlərini beynəlxalq idman yarışlarında qələbə qazanmaqla bərabər, gənclərimizin milli vətənpərvərlik ruhunda inkişafına töhfə verməkdə görürəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti