Sadıq Sadıqov dönəmi bitdi

1 Noyabr 2021 19:10 Cüdo 1 141
Sadıq Sadıqov dönəmi bitdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar seçki konfransı baş tutub.

Sportinfo.az xəbər verir ki, hesabat-seçki konfransında yeni prezidentlə yanaşı, yeni vitse-prezidentlərin adına da aydınlıq gəlib.

Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutacaq. Həmçinin Elnur Məmmədli yenidən 4 il müddətinə vitse-prezident seçilib.

Bundan başqa, səsvermənin nəticəsinə əsasən, Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Əvvəlki vitse-prezident Sadıq Sadıqov isə tutduğu postla vidalaşıb.

Qeyd edək ki, bu gün keçirilən konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin prezidenti seçilib. O, bu postda Rövnəq Abdullayevi əvəzləyib.

Daha öncə vitse-prezident kimi Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli fəaliyyət göstərib. Baş katib isə Elmar Babanlı olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!