Murad və Məmmədəli mübarizəni dayandırdı, Kokauri yarımfinalda - "Böyük dəbilqə"də

17 Oktyabr 2021 15:20 Cüdo 930
Murad və Məmmədəli mübarizəni dayandırdı, Kokauri yarımfinalda -

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb.

Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.

Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.

Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.

Yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti