Nazir Ağayev haqda "feysbuk" profilində nə paylaşdı?

17 Oktyabr 2021 14:20 Cüdo 807
Nazir Ağayev haqda "feysbuk" profilində nə paylaşdı?

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

Sportinfo.az xəbər verir ki, nazir bu barədə "feysbuk" profilindəki paylaşımında bildirib.

Qayıbov 60 kq çəki dərəcəsində çempion olan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti