Bayramov gümüş medal qazanıb, Əliyeva 5-ci olub

6 Oktyabr 2021 22:00 Cüdo 390
Bayramov gümüş medal qazanıb, Əliyeva 5-ci olub

Azərbaycanın qadın cüdoçusu Səbinə Əliyeva İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 52 kq-da yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada isveçrəli Binta Ndiaye ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən qızıl xal bölümünə keçilib. Burada ipponla uduzan Əliyeva 5-ci yeri tutub.

Turan Bayramov İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gəlib.

Rəqibinə ipponla uduzan Bayramov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti