Dolları eyvandan səpələyən Elmar yığmaya qaytarıldı

16 Avqust 2021 20:20 Cüdo 940
Dolları eyvandan səpələyən Elmar yığmaya qaytarıldı

Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov yığmaya qaytarılıb.

Sportinfo.az xəbər verir ki, Mövlud Mirəliyevin çalışdırıcısı olduğu yeni məşqçilər heyəti ona yığmada yenə şans vermək qərarına gəlib.

Hazırda Elmar Qasımov əsas komanda ilə birgə məşqlərdə iştirak edir.

İdmançı son vaxtlar daha çox sosial şəbəkələrdə paylaşımları ilə diqqəti özünə çəkmişdi. O, videolarında dolları eyvandan küçəyə səpələdiyini, dollarla özünü yellədiyini və ya bahalı kürü yediyini göstərirdi.

Azərbaycan Cüdo Federasiyası isə həm bu hərəkətlərinə, həm də zəif nəticələrinə görə onu iyunda yığmadan uzaqlaşdırmışdı.

Qasımovun geri qaytarılmasına millimizin yeni baş məşqçisi Mövlud Mirəliyev münasibət bildirib. O, oxu.az-a açıqlamasında xəbəri nə təsdiq, nə təkzib edib:

“Elmar Qasımovun yığmaya qaytarılması planda var. Ancaq hazırda o, milli ilə birgə deyil. Hazırda ailəsi ilə birgə ölkə xaricində istirahətdədir”.

Digər Xəbərlər
Xəbər Lenti