Sadıq Sadıqov millinin baş məşqçisinə niyə acıqlanıb və qışqrıb?

11 Avqust 2021 15:00 Cüdo 1 093
Sadıq Sadıqov millinin baş məşqçisinə niyə acıqlanıb və qışqrıb?

Bilindiyi kimi, Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti avqustun 2-də qovulub.

Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib.

Həmçinin məşqçi heyətinin və bəzi cüdoçuların maaşları azaldılıb.

Olimpiadaya 7 idmançı ilə yollanan və yalnız 1 medal əldə edən yığmamızın nəticəsi federasiyanın vitse-prezidenti Sadıq Sadıqovu hiddətləndirib. Tokioda Ruslan Maşurenkoya bərk əsəbləşib, hətta üstünə qışqırıb.

Bildirib ki, əsas medal ümidi onlar olsa da, o və köməkçiləri komandanı bu məsul yarışa psixoloji, həmçinin fizki hazırlıq cəhətdən tam hazırlaya bilməyib.

Sadıqov Tokio-2020-də nəticə qazanmaq üçün kollektivə hər cür şərait yaradııldığını xatrlatmaqla kifayətlənməyib, ukraynalıya işinə məsuliyyətlə yanaşmadığını söyləyib.

Ötən gün isə Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.

Toplantıda kişilərdən ibarət milliyə yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.

Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!