“Azərbaycan yığmasından istefaya göndərilməyim qanunauyğunluqdur"

11 Avqust 2021 02:24 Cüdo 1 040
“Azərbaycan yığmasından istefaya göndərilməyim qanunauyğunluqdur"

"Yerli iqliminə uyğunlaşmaq üçün Tokioya olimpiadanın startına 12 gün qalmış getdik.

Keçmiş təcrübəmizə əsasən, bu addımı atmışdıq.

Adaptasiya dövründə cüdoçuları yaxşı fiziki formada saxladıq və yarışdan öncə psixoloji durumu gərginləşdirmədik.

Lakin Oyunlar başladıqdan sonra stress artdı. Həm idmançılar, həm də məşqçilər böyük məsuliyyət yükü hiss etdilər".

Sportinfo.az xəbər verir ki, bunu cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ruslan Maşurenko Ukrayna mətbuatına müsahibəsində Tokio-2020 Yay Olimpiya Oyunlarındakı nəticələr barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, cüdo Azərbaycan üçün prioritet idman növlərindən biridir: "Bəzən fanatik dəstək böyük təzyiq kimi qəbul edilməyə meyillidir.

Bu isə starta yaxın həyəcanı artırdı və bir qədər uğursuzluq gətirdi. İndi bir az sakitləşib, səbəbləri daha dərindən təhlil etmək, səhvlərdən nəticə çıxarmaq və bunları təkrarlamamaq lazımdır.

Tənqidi düşüncə və işə münasibət, ayıq analiz məşqçilik uğurunun əsasını təşkil edir. Bu səbəbdən səhvlər üzərində çox işləməliyik".

Tokio olimpiadasından sonra istefaya göndərilən Maşurenko bunun qanunauyğunluq olduğunu söyləyib:

"Hamımız - həm məşqçilər korpusu, həm də idmançılar işimizə can qoyduq. Bununla belə, medalsız qaldıq və bu, həqiqət qəbul edilməlidir.

Federasiya hazırlıq üçün bizə hər bir şəraiti yaratmışdı. Heç nəyə ehtiyacımız yox idi. Hər şey cüdoda qabaqcıl ölkələr olan Yaponiya, Fransa və Rusiya səviyyəsində idi.

Federasiyanın qayğısı əvvəlki turnirlərdə qazandığımız nəticələrdə özünü göstərdi. Komandamız bütün beynəlxalq yarışlarda medallar qazandı. Tokioda isə sadəcə, bəxtimiz gətirmədi".

Tokio olimpiadasına tam heyətlə - 9 kişi cüdoçu ilə qatılan Azərbaycan yığması yarışı bir medalla başa vurub. İrina Kindzerska (+78 kq) bürünc medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!