Azərbaycan Avropa kubokunu iki medalla başa vurdu

9 Avqust 2021 00:14 Cüdo 639
Azərbaycan Avropa kubokunu iki medalla başa vurdu

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirin ikinci günü Azərbaycan təmsilçisi komandanın üzvü aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Qeyd edək ki, Avropa kubokuna avqustun 7-də start verilib.

Yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparıblar.

Yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Azərbaycanın cüdo komandası bununla yarışı iki medalla başa vurub.

Turnir iki gün davam edib. Yarışda 14 ölkədən 200-ə yaxın cüdoçu gücünü sınayıb.

Digər Xəbərlər
Xəbər Lenti