Millimizin məşqçiləri FİASKOYA GÖRƏ QOVULDU!

2 Avqust 2021 14:40 Cüdo 1 130
Millimizin məşqçiləri FİASKOYA GÖRƏ QOVULDU!

Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti qovulub.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

O bildirib ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib.

Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb.

Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti