Məşhur azərbaycanlı idmançıdan sərt tənqid: “Bu, hamını şoka saldı” - VİDEO

2 Avqust 2021 13:00 Cüdo 1 101
Məşhur azərbaycanlı idmançıdan sərt tənqid: “Bu, hamını şoka saldı” - VİDEO

“Gözlədiyimiz nəticələr olmadı. Cüdo federasiyası idmançıların hazırlığı üçün hər şey etmişdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını uğursuz çıxışı barədə danışarkən deyib.

O bildirib ki, idmançılar zəif çıxış ediblər: “Belə deyək ki, idmançılarımız güləşmədilər, vuruşmadılar. Uğursuzluq hamını şoka saldı.

Çünki onların forma olaraq problemləri yox idi. Hamısı dünya və Avropa çempionatında uğurlar qazana bilmişdi. Bu suallara idmançılar özləri də cavab verməlidirlər”.

Digər Xəbərlər
Xəbər Lenti