Azərbaycan millisinin iki üzvü üzümüzü güldürmədi

10 İyun 2021 02:24 Cüdo 1 139
Azərbaycan millisinin iki üzvü üzümüzü güldürmədi

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın dördüncü günündə daha iki dəst medal sahibini tapacaq.

Azərbaycan millisinin iki cüdoçusu tatami üzərinə çıxıb. Kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimiz yarışı erkən başa vurublar.

Kişilər
81 kq

İki idmançımızdan biri I mərhələdən mübarizəyə start verib. Zelim Tskayev qabonlu Terens Kouamba ilə üz-üzə gəlib və ipponla qalib gəlib. Tskayev ikinci cəhdində Terense Kouambanı (Madaqaskar) da yarışdan kənarlaşdırıb. Lakin o, ardınca Şərofiddin Boltaboyevə (Özbəkistan) uduzub.

İlk raunddan azad olan Murad Fətiyev isə Elliott Konnoli (Yeni Zelandiya) ilə görüşüb. O, cəmi 54 saniyəyə qələbə qazanıb. Təmsilçimiz 3-cü mərhələdə İvaylo İvanovla (Bolqarıstan) qarşılaşmadan məğlub ayrılıb və yarışı erkən başa vurub.

Çempionata 12 idmançı ilə qatılan millimizin 8 cüdoçusu çıxışını başa vurub. Onlardan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Orxan Səfərovla (66 kq) Hidayət Heydərov (73 kq) isə 5-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”