Orxan bürünc medal uğrunda görüşdə uduzdu

8 İyun 2021 01:52 Cüdo 489
Orxan bürünc medal uğrunda görüşdə uduzdu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, iyunun 6-da start götürən turnirdə daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib.

Çempionatın ikinci günündə kişilər 66 kq, qadınlar 52 kq çəkidə mübarizə aparıb. Azərbaycan yığmasının üç cüdoçusu tatami üzərinə çıxıb. Onlardan Orxan Səfərov medalın bir addımlığında büdrəyib.

Kişilər
66 kq

Hər iki təmsilçimiz yarışa I mərhələdən başlayıb. Orxan Səfərov irlandiyalı Naton Barnsı sınağa çəkib. Cəmi 49 saniyəyə ipponla qalib gələn cüdoçumuz ikinci qarşılaşmasında özbəkistanlı Sardor Nurillayevlə üz-üzə gəlib. O, bu dəfə də rəqibini ippona salıb. Ardınca əlcəzairli Vail İzzini məğlub edən təmsilçimiz 1/4 finalda Kilian Le Bluşdan (Fransa) da güclü olub. O, yarımfinalda yaponiyalı Yoşiro Maruyama ilə münasibətinə aydınlıq gətirib və tatamidən rəqib qalib ayrılıb.

Orxan bürünc medal uğrunda görüşdə Yaqub Şamilovla (RJF) üz-üzə gəlib. İdmançımız uduzduğundan 5-ci yerlə kifayətlənib.

Rumıniyalı Lusien Bors Dumitresku ilə güləşən Nicat Şıxəlizadə debütdə məğlubiyyətə üzülüb.

Qadınlar
52 kq

Qadınların yarışındakı sonuncu təmsilçimiz I mərhələdə tatami üzərinə çıxıb. Gültac Məmmədliyeva gürcüstanlı Tatyana Levitska Şukvani ilə qarşılaşıb və qələbə qazanıb. O, ikinci görüşündə fransalı Astrid Qneto ilə qüvvəsini sınayıb və uduzub.

Qeyd edək ki, turnirə 12 cüdoçu ilə qatılan Azərbaycan millisinin üç üzvü ilk yarış günündə tatamiyə çıxıb. Onlardan yalnız Kəramət Hüseynov (60 kq) mükafatçılar sırasına düşüb. O, bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti