Milliləşdirə bilmədiyimiz gözəlin indi problemi var - FOTOLAR

16 Aprel 2021 14:40 Cüdo 2 626
Milliləşdirə bilmədiyimiz gözəlin indi problemi var - FOTOLAR

Bu gün cüdo üzrə Avropa çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışın favoritləri sırasında adı hallanan ukraynalı Darya Beloded problemlə üzləşib.

Bir vaxtlar Azərbaycan yığması üçün milliləşdirilməsi də gündəmdə olan 20 yaşlı istedad artıq çəkidən əziyyət çəkir.

Bunu Ukrayna millisinin baş məşqçisi Vitali Dubrov açıqlayıb: “Son turnirlərdə uduzması normal haldır. Rəqabət çox güclüdür.

Daim zirvədə qalmaq ora yüksəlməkdən çətindir. İndi hər idmançı Daryaya qarşı mübarizəyə hazırlaşır, onun taktika və texnikasını öyrənir.

İndi onun bir az artıq çəkisi də yaranıb. Bunu atmaq da ağırdır”.

Beloded aprelin 16-18-də baş tutacaq qitə çempionatında 48 kq çəki dərəcəsində yarışacaq. O, bu çəki dərəcəsində 2 dəfə dünya, 1 dəfə Avropa çempionatının, 1 dəfə isə Avropa Oyunlarının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti