Erməni Muradla görüşə çıxmaqdan imtina etdi

2 Aprel 2021 20:40 Cüdo 1 028
Erməni Muradla görüşə çıxmaqdan imtina etdi

Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Rusiya təmsilçisi David Karapetyan 81 kq çəki dərəcəsində Fətiyevlə təsəlliverici qarşılaşmaya çıxmaqdan imtina edib. Buna erməni əsilli idmançının əvvəlki görüşdə zədələnməsi səbəb olub.

Fətiyev 1/16 finalda Damian Stepiyen (Polşa), ardınca isə Din Gemeri (İsrail) yarışdan kənarlaşdırsa da, 1/4 finalda Vedat Albayraka (Türkiyə) məğlub olub. O, üçüncü yer uğrunda Antonio Esposito ilə qarşılaşacaq.

Eyni çəkidəki Zelim Tçkayev 1/32 finalda Fetra Ratsimizivaya (Madaqaskar), 1/16 finalda isə Adnan Kılıca (Türkiyə) qalib gəldiyi halda, 1/8 finalda Məhəmməd Abdelal (Misir) ilə bacarmayıb.

Qadınların yarışında 70 kq-da Günel Həsənli 1/16 finalda Mariya Bernabeu (İspaniya) ilə dueldən məğlub ayrılıb.

İlk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti