Rus rəqibi görüşə çıxmadı, Hüseynov medal qazandı

26 Mart 2021 19:20 Cüdo 834
Rus rəqibi görüşə çıxmadı, Hüseynov medal qazandı

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi.

Rəqib zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb.

O, təsəlliverici görüşdə Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla qarşılaşıb və qalib gəlib. 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb..

Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub. 60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.

52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.

Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"