“Böyük dəbilqə”də daha bir bürünc - Məmmədəli Mehdiyev qazandı

8 Mart 2021 00:00 Cüdo 542
“Böyük dəbilqə”də daha bir bürünc - Məmmədəli Mehdiyev  qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev(90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin son yarış günündə bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan cüdoçusu Şermuhammed Jandreyevi məğlub edib.

Daşkənd turnirinin üçüncü günü millimizin daha 2 üzvü tatami üzərinə çıxıb. Uşangi Kokauri(+100 kq) 5-ci yeri tutub, Aslan Mirzəyev (100 kq) isə ilk görüşdə uduzub.

Beynəlxalq yarışın 2-ci günü Rüstəm Orucov(73 kq) millimizə bürünc medal qazandırıb.

Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti