Rüstəm Orucov Bürünc medal qazandı – “Böyük dəbilqə”də

8 Mart 2021 01:24 Cüdo 1 033
Rüstəm Orucov Bürünc medal qazandı – “Böyük dəbilqə”də

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Sportinfo.az xəbər verir ki, bu dəfə millimizin 3 üzvü tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov nüfuzlu yarışın bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Obidxon Nomonova (Özbəkistan) qalib gəlib.

Digər 2 təmsilçimiz - Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turniri medalsız başa vurub.

Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq