Hakim finala çıxmış azərbaycanlıya rəqibi ilə görüşməyə imkan vermədi - VİDEO

18 Fevral 2021 20:40 Cüdo 1 409
Hakim finala çıxmış azərbaycanlıya rəqibi ilə görüşməyə imkan vermədi - VİDEO

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında qeyri-adi qərar tətbiq olunur.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının bir-biri ilə üzbəüz güləşsələr də, təhlükəsizlik səbəbindən idmançıların yekunda görüşməməsi barədə çıxardığı qərar bu yarışda da qüvvədədir.

Lakin hakimlərdən bu qaydanı unudanlar da olur. Məsələn, 66 kq çəki dərəcəsində slovakiyalı Matey Polyak və perulu Xuan Postiqosun görüşündə cüdoçular tatamini tərk etməzdən əvvəl bir-birinin əlini sıxıb.

Eyni hakim 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Davud Məmmədsoyla almaniyalı Morits Plafkinin görüşündə cüdoçuların bir-birləri ilə əl sıxmasına imkan verməyib.

Həmin qarşılaşmada Məmmədsoy rəqibinə ipponla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı