Azərbaycan mötəbər yarışdan məhrum oldu – BU SƏBƏBDƏN

9 Yanvar 2021 21:20 Cüdo 1 041
Azərbaycan mötəbər yarışdan məhrum oldu – BU SƏBƏBDƏN

Bu il Bakıda cüdo üzrə Böyük Dəbilqə yarışı keçirilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyət səbəb olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, hələlik Azərbaycan ərazisində qapalı məkanda beynəlxalq yarışların və kütləvi idman tədbirlərinin keçirilməsinə icazə verilmir.

Beynəlxalq Cüdo Federasiyası (İJF) artıq Tokio Yay Olimpiya Oyunlarına qədər keçiriləcək yarışların siyahısını açıqlamaq qərarına gəlib.

Olimpiada ili olduğu üçün İJF lisenziya xallarını verən yarışların tezliklə bilinməsinin tərəfdarı olub. Hər il mayda Bakıda təşkil edilən Böyük Dəbilqə siyahıya daxil edilməyib.

2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış koronavirus pandemiyası səbəbindən ləğv edilib. 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Bakıda Böyük Dəbilqə təşkil edilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!