"Şükür Allaha, demək olar ki, məndə də..."

2 Yanvar 2021 10:40 Cüdo 1 141
"Şükür Allaha, demək olar ki, məndə də..."

“Bəli, Masters turnirinə getməyəcəm. Oraya ən çox Olimpiya lisenziyası götürməyən cüdoçular gedir.

Şükür Allaha, demək olar ki, məndə də lisenziya var. Həm də bir-iki zədə var ki, onları müalicə edirəm. Əsas məsələ Olimpiadada iştirak edib medal qazanmaqdır”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında cüdo üzrə Olimpiya, dünya mükafatçısı və Avropa çempionu Rüstəm Orucov deyib.

O, 11-13 yanvar tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək Masters turnirində adının sifariş olunmamasının səbəbini açıqlayıb. 29 yaşlı idmançı onu da bildirib ki, Olimpiadaya qədər keçiriləcək digər yarışlarda iştirak edəcək:

“Fevraldan bizdə yarışlar olacaq. Apreldə Lissabonda Avropa çempionatı keçiriləcək. İnşallah, zədələrimi sağaltdıqdan sonra hamısında iştirak edəcəyəm.

Zədəm dizimdədir. O, Budapeştdəki Böyük Dəbilqə turnirində yaranıb. Üstünə düşməyib gedib Avropa çempionatında da güləşdim.

Federasiya sayəsində Türkiyəyə müalicəyə yollandım. İndi hazırda milli komanda ilə birgə məşqlərdə iştirak edirəm. Deyiblər ki, gələn aya dizim düzələcək”.

Tokio Olimpiadasında cüdo yarışları 2021-ci ilin 24-31 iyul tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti