"Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik"

2 Sentyabr 2020 00:42 Çempionlar Liqası 1 405
"Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik"

"Biz püşkatmadan razı qalmalıyıq. Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma indiki halda püşkün nəticəsi bizi qane edir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Dinamo"nun (Zaqreb) baş məşqçisi Zoran Mamiç yerli "Dnevnik.hr" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

49 yaşlı mütəxəssis bildirib ki, hər şey öz əllərindədir: "Rumıniyada ÇFR-lə oyunda bəxtimiz gətirdi. Penaltilər seriyasından sonra mərhələ adlamaq hər zaman xoşdur. Eyni zamanda çox gərgin anlar yaşadıq. Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik".

Xorvatiyalı mütəxəssis hələlik pley-off mərhələsindəki potensial rəqibləri şərh etmək istəmədiyini söyləyib: "Çünki hələ qarşıda "Ferentsvaroş"la çətin oyunumuz var. Bizim üçün çox gərgin və qeyri-adi matç olacaq".

Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq. "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!