UEFA ÇL-də meydana çıxmayan klubu cəzalandırdı – Koronovirusa görə

13 Avqust 2020 09:42 Çempionlar Liqası 978
UEFA ÇL-də meydana çıxmayan klubu cəzalandırdı – Koronovirusa görə

Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilməli olan “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) oyununun koronavirusa görə təxirə salındığını xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, buna “Drita”nın futbolçularında koronavirus aşkarlanması səbəb olmuşdu.

Oyun ərəfəsində Kosovo klubunun kollektivindən götürülən analizlər nəticəsində iki futbolçunun virusa yoluxduğu üzə çıxmışdı. Bu üzdən də bütün komanda üzvləri karantinə alınmışdı.

Artıq UEFA bu oyunla bağlı yekun qərarını açıqlayıb. Belə ki, 1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verib.

Nəticədə “Linfild” oynamadan növbəti mərhələyə vəsiqə qazanıb. “Linfild” ÇL-in 1-ci təsnifat mərhələsində “Legiya” (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!