“Qarabağ”ın Çempionlar Liqasında 7 mümkün rəqibi qaldı

10 Avqust 2020 00:42 Çempionlar Liqası 1 261
“Qarabağ”ın Çempionlar Liqasında 7 mümkün rəqibi qaldı

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Makedoniyanın "Sileks" komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək.

Bunlar Danimarkanın "Midtüllann" klubu, eləcə də "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) və "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütlərinin qaliblərindən biri olacaq.

"Qarabağ" səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq.

Avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti