Azərbaycan çempionu TƏHLÜKƏDƏ - ÇL-də islahatlar aparılacaq

30 Aprel 2020 11:34 Çempionlar Liqası 1 035
Azərbaycan çempionu TƏHLÜKƏDƏ - ÇL-də islahatlar aparılacaq

Çempionlar Liqasında islahatlar aparılacaq.

Sportinfo.az xəbər verir ki, UEFA 2024/25 mövsümündən başlayaraq qitənin ən nüfuzlu turnirində yenilik etməyi planlaşdırır.

Əsas dəyişiklik ondan ibarətdir ki, yarışa vəsiqələr fərqli şəkildə veriləcək. Bildirilir ki, bu addımla Çempionlar Liqasına ölkə çempionatında yüksək yer tutanların qatılmasına son qoyulacaq.

Yeni plana əsasən, son mövsüm deyil, 4 mövsümün nəticələrinə görə ən yaxşı reytinqə malik olanlar Çempionlar Liqasına yüksələcək. Yəni 2024/25 mövsümündə bu turnirə qatılmaq üçün klublar 2020/21 mövsümündən başlayaraq çempionatda yüksək nəticələr göstərməlidir.

Bu addım təsadüfi komandaların bir illik uğur sayəsində Çempionlar Liqasına düşməsinin qarşısını almağa, həmçinin elita səviyyəsində klubların yerini təmin etməyə xidmət edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"