"Qarabağ" məşhur argentinalının yadına haradan düşdü?

18 Aprel 2020 10:45 Çempionlar Liqası 913
"Qarabağ" məşhur argentinalının yadına haradan düşdü?

“Roma”nın yarımmüdafiəçisi Dieqo Perotti sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu müsahibə zamanı 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ev oyununu da xatırlayıb.

31 yaşlı oyunçu fanatlardan birinin "Ən sevimli qolunuz hansıdı” sualına bu cür cavab verib: "Mənim üçün əsas qolun gözəlliyi yox, önəmli olmasıdı.

Bu mənada ilk sırada "Sampdoriya" ilə matçda vurduğum qol dayanır. Həmçinin Çempionlar Liqasında lider kimi tamamladığımız qrupda "Çelsi" və "Qarabağ"a vurduğum qolları da bu siyahıya əlavə edə bilərəm".

Perotti 2017-ci il dekabrın 5-də qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la ev oyununun (1:0) 53-cü dəqiqəsində fərqlənərək komandasına vacib qələbə qazandırmışdı. Argentina millisinin sabiq üzvü 2016-cı ildən “canavarlar”ın uğurları üçün çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!