"Haqqımda çıxan transfer söhbətlərini eşitmişəm, qürur duyuram"

8 Mart 2020 18:00 Çempionlar Liqası 802
"Haqqımda çıxan transfer söhbətlərini eşitmişəm, qürur duyuram"

Son zamanlar adı bir neçə klubla yanaşı çəkilən “Lion”un futbolçusu Ussem Auar açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu, transfer maraqlarına baxmayaraq, “Lion”da qalacağını bildirib:

“Haqqımda çıxan transfer söhbətlərini eşitmişəm, bunlardan qürur duyuram. Amma fikrimi dəyişməyəcəm. Klubla keçirəcəyimiz gözəl mövsüm sonu var.

Bu mövsüm titul qazana, Çempionlar Liqasında “Yuventus” kimi komandanı mübarizədən kənarlaşdıra bilərik. Eyni zamanda, çempionatı da ilk üçlükdə bitirəcəyimizə inanırıq.

Buna görə də fikrimizi buna yönəltmişik. Son zamanlardakı çıxışımdan razıyam, amma qarşıda vacib oyunlarımız var və bunlara diqqət etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti