
"Qarabağ" qızıl tarix yazmağa davam edir.
Çempionlar Liqasının əsas mərhələsinin II turunda ağdamlılar Bakıda Danimarkadan "Kopenhagen"i 2:0 hesabı ilə məğlubiyyə uğradıblar.
Sportinfo.az xəbər verir ki, Danimarka mətbuatı da bu matçı geniş işıqlandırıb və "köhlən atlar"ın gücünü etiraf edib.
Danimarkanın ən böyük və ən qədim qəzetlərindən biri olan "Politiken" qeyd edib ki, "Qarabağ" mövsümə, sadəcə, fantastik başlayıb, 6 xal (turnirin əsas mərhələsinin iki matçında - red.) toplayıb.
Nəşr yazır ki, ev sahibləri Tofiq Bəhramov adına Respublika stadionunda layiqli qələbə qazanıblar. Eyni zamanda, nəşr vurğulayıb ki, birinci hissədən sonra ağdamlılar daha böyük hesabla qələbə qazana (birinci hissə 1:0 başa çatıb - red.) bilərdilər.
"Kopenhagen" komandası matçın əvvəlindən öz azarkeşləri qarşısında inanılmaz dərəcədə ruhlanmış görünən və matça çox yaxşı hazırlaşmış "Qarabağ" tərəfindən təzyiq altına düşüb", - nəşr yazır.
Digər aparıcı nəşr – "Jyllands-Posten" isə "Kopenhagen"in baş məşqçisi Yakob Neestrupun sözlərini sitat gətirib. Mütəxəssis "Qarabağ"ın Danimarka çempionu üzərində üstünlüyünü etiraf edib:
"Qarabağ" birinci hissədə bir neçə parametrə görə daha yaxşı idi. Biz isə öz səviyyəmizə heç yaxınlaşa bilmədik. Lakin ikinci hissədə əlimizdən gələn hər şeyi etdik və qələbəyə də yaxın idik. Amma sonra fürsətləri dəyərləndirə bilmədik və buna görə məğlubiyyətə uğradıq".
"Bold" idman nəşri Danimarka klubunun norveçli hücumçusu Mohamed Elyunussidən müsahibə alıb. O qeyd edib ki, "Kopenhagen"in bütün oyunçuları görüşün nəticəsindən məyus olublar.
"DR Nyheder"də isə "Kopenhagen" Bakıda darmadağın edildi" başlığı ilə yazı çıxıb:
"Oktyabrın 1-də keçirilən görüşdə "Kopenhagen" xüsusilə birinci hissədə ciddi problemlər yaşadı. Ümumilikdə 8 matç oynayacaq paytaxt klubunun 2 oyundan sonra hedabında cəmi 1 xalı var".