“Cəsarət göstərdik” - UEFA prezidenti Çempionlar Liqası haqda

“Cəsarət göstərdik” - UEFA prezidenti Çempionlar Liqası haqda

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yeni formatını dəyərləndirib.

Sportinfo.az “Record”-a istinadən xəbər verir ki, o, yeni formatdan sonra turnirdə rəqabətin artdığını deyib:

“Klubların adi qruplara bölünməsi əvəzinə, indi birləşmiş sıralaması var. Təcrübəmdən bilirəm, xüsusən də, futbolda hər kəs dəyişiklik istəyir, amma heç kim onları həyata keçirmək istəmir.

Bunu etməklə cəsarət göstərdik. Adətən, dekabra kimi kimin növbəti mərhələyə vəsiqə qazanacağını bilirdik.

Ötən mövsüm PSJ və “Mançester Siti” yalnız son mərhələdə irəlilədilər. Futbolu izləməyimizin səbəbi rəqabətin gözlənilməzliyidir. Bu, böyük uğurdur və buna çox sevinirik”.

Çempionlar Liqası ilə yanaşı, Avropa Liqası və Konfrans Liqası da yenilənmiş formata keçib.

Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti